“Şaxtyorsk” batalyonu: “Şəhəri elə bombalayaq ki...”
Bizi izləyin

Dünya

“Şaxtyorsk” batalyonu: “Şəhəri elə bombalayaq ki...”

Keçmiş ictimai fəal, hazırda isə Ukrayna ordusunun “Azov“ batalyonun döyüşçüsü olan Andrey Dzindzya “Şaxtyorsk” batalyonu haqda tənqidi fikirlər söyləyib.

Publika.az xəbər verir ki, o bu haqda öz “Facebook” səhifəsində yazıb: “Radanın deputatı Oleq Lyaşko tərəfindən yaradılmış “Şaxtyorsk” batalyonunun tərkibi insanı şoka salır. Alkoqoliklər, qarətçilər, debillər, döyüşə tam yararsızlar...”

Onun sözlərinə görə, İlavaysk yaxınlığında zireh və dəbilqələrinin olmadığını bəhanə edən “Şaxtyorsk” batalyonunun döyüşçüləri hücuma keçməkdən imtina etmişdilər.

Bundan əvvəl isə həmin batalyon Snejnoe şəhərini hücumla almaqdan boyun qaçırmışdı. Əvəzində təklif etmişdilər ki, Ukrayna artilleriyası şəhəri dağıtsın, elə bombardman etsin ki, yerin 5 metr qatına kimi hər yer yansın: “Əsgərlərimizi itirməkdənsə, bir şəhəri itirmək daha yaxşıdır”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm