
İslam Dövləti (İŞİD) terror qruplaşması Ağ Evin önündə
çəkilən şəkillə ABŞ-a meydan oxuyub.
ANS PRESS-in məlumatına görə, İslam Dövləti (İŞİD) terror
qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qadığı bir
vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri
fotoşəkli paylaşıblar. Belə ki, İŞİD üzvlərindən biri Ağ Evin
qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev
olmaqla İŞİD bayrağının şəklini çəkib və “Twitter” hesabında
paylaşıb.
Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:
“İŞİD-dən ABŞ-a mesaj:
Biz sizin ştatdayıq,
biz sizin şəhərdəyik,
biz sizin küçələrdəyik.
Bizim hər yerdə hədəflərimiz var.”
Qeyd edək ki, sözügedən şəkilin sosial şəbəkədə yayılmasından sonra
Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi
təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar
verilib.