Dünya
Kiyevin ümidi puç oldu: NATO və AB Ukraynaya hərbi yardım etməyəcək
NATO və Avropa Birliyi (AB) Ukraynaya hərbi yardım göstərməyəcək.
Publika.az-ın xarici mətbuata
istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyanın baş naziri
Aleksandr Stubb bildirib.
Onun sözlərinə görə, hərbi yardım haqqında Ukrayna xarici işlər naziri Pavel Klimkinin xahişinə müsbət cavab vermək mümkün deyil.
“NATO-nun Ukraynaya hərbi yardım göstərməsi mümkün deyil. Çünki ittifaq hərbi yardımı yalnız öz üzvlərinə göstərir. Avropa Birliyinin isə belə bir dəstəyi təmin etmək üçün gücü yoxdur”, - A.Stubb deyib.
Xatırladaq ki, Ukrayna AB və NATO-dan hərbi yardım istəyib. Ukraynanın xarici işlər naziri P.Klimkin qeyd edib ki, əgər hərbi yardım alsalar, qoşun daha asan hərəkət edə biləcək.
Nazir Rusiya təhlükəsinin olduqca ciddi olduğunu söyləyib.
P.Klimkin NATO-dan Ukraynayla əlaqələrin strategiyasında dəyişiklik
edilməsini tələb edib: "Ukraynada yalnız orduya dəstək deyil, həm
də siyasi dəstəyə ehtiyac duyulur. Eyni zamanda, gündəlikdə NATO-da
Ukraynanın üzvlüyü məsələsi hələ ki yoxdur, çünki Ukrayna
cəmiyyətində bu məsələ ilə bağlı razılıq əldə olunmayıb".
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR