Dünya
Rusiya razılıq aldı (VİDEO)
Almaniyanın paytaxtı Berlində Ukraynaya dair dördtərəfli
danışıqların iştirakçıları Rusiyanın Ukraynanın cənub-şərqinə
humanitar yardım göndərməsinə dair razılıq əldə ediblər, lakin
atəşkəs məsələsi yenə də həll olunmamış qalıb.
ANS TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey
Lavrov Rusiya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər
nazirlərinin görüşü barədə açıqlama verərkən deyib ki, tərəflər 5
saat ərzində Ukrayna qarşısında dayanan bütün problemləri müzakirə
ediblər.
Sergey Lavrov deyir ki, Rusiya tərəfində ATƏT müşahidəçiləri bizim
müştərək təşəbbüslərimizə əhəmiyyətli töhfələr verirlər: “Bundan
başqa, Ukraynada da özlərini lazımi təchizatla təmin etmək
səlahiyyətinə malik olan ATƏT missiyası var. Biz həmin missiyanın
Ukrayna tərəfdən sərhədə nəzarət etməsi üçün pilotsuz təyyarələrlə
təchiz edilməsi barədə müzakirələr aparırıq”.
Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə
humanitar yardım göndərməsi və sərhəddə yoxlanma proseduru həm
Ukrayna tərəfi, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsilə
razılaşdırılıb: “Rusiyanın əsas məqsədi isə Ukraynanın şərqində
atəşkəsin əldə olunmasıdır.
Bundan əvvəl rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında
ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları
silahlandırmaq niyyətində olduğunu iddia edirdi”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR