Əfqanıstanda ABŞ jurnalistinin ölkədən deportasiyası barədə qərar çıxarılıb
Bizi izləyin

Dünya

Əfqanıstanda ABŞ jurnalistinin ölkədən deportasiyası barədə qərar çıxarılıb

Əfqanıstanın baş prokuroru New York Times qəzetinin jurnalistinin ölkəni tərk etməsi barədə qərar çıxardıb. Qəzet dövlət rəsmilərinin bir müddət əvvəl keçirilmiş prezident seçkilərini pozaraq iqtidarı ələ keçirməkdə təhdid etdikləri barədə məqalə dərc edib.

Baş prokurorluğun ofisindən verilən məlumata görə, Metyu Rosenberqin yazısı ölkənin milli maraqlarına və təhlükəsizliyinə qarşıdır.

New York Times qəzeti bildirib ki, Rosenberq Kabildə dindirilib, ancaq yazıda istinad etdiyi hökumət qaynağının haradan götürdüyü barədə məlumat verməkdən imtina edib.

Rosenberq deyib ki, o və qəzet deportasiyanın siyasi motivli olduğunu düşünür.

İyunun 14-də keçirilən prezident seçkilərində səkkiz milyon seçici iştirak edib. Prezidentlik uğrunda mübarizə aparan namizədlər Abdullah Abdullah və Əşrəf Qani bir-birilərini seçki saxtakarlığında ittiham edir.

ABŞ Dövlət Departamenti deportasiyanı pisləyərək, bunu Əfqanistanın mətbuat azadlığında geri addım kimi dəyərləndirib.

New York Times qəzeti bildirib ki, bu il ərzində artıq dördüncü dəfədir ki Əfqanistan hökuməti yüksək rütbəli Əfqan rəsmilərinin qəzetdə yayımlanan məqalələrə qarşı narazılıqlarına əsasən hüquqi addım atır ("Amerikanın səsi").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm