Son versiya: “Boinq-777” Rusiyanın “Buk”u ilə vurulub
Bizi izləyin

Dünya

Son versiya: “Boinq-777” Rusiyanın “Buk”u ilə vurulub

ABŞ Malayziyanın “Boinq-777” sərnişin təyyarəsinin rusmeyilli separatçılar tərəfindən vurulması versiyasını təsdiqləyir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf keçirdiyi brifinqdə bildirib.

“Biz analizlərimizi daim yeniləyirik və yeni məlumatları alırıq. Gəldiyimiz nəticəni artıq dərc etdik: “Boinq-777” sərnişin təyyarəsi rusmeyilli separatçılar tərəfindən “yer-hava” tipli raketilə vurulub. Biz təyyarənin separatçılar tərəfindən vurulması barədə deyilənləri tamamilə dəstəkləyirik”, - Dövlət Departamentinin rəsmisi deyib.

Xatırladaq ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

Rəsmi Kiyevin məlumatına görə, ABŞ kəşfiyyatı təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm