İran İsrailin pilotsuz təyyarəsini vurdu
Bizi izləyin

Dünya

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran ordusu İsfahan şəhərində “Natanz” nüvə enerji terminalına yaxınlaşan İsrailə aid pilotsuz təyyarəni vurduğunu iddia edib.

Publika.az xəbər verir ki, İran Silahlı Qüvvələri verdiyi yazılı açıqlamada deyilir: “İsrailə aid pilotsuz təyyarə “Natanz” nüvə enerji terminalının hava sahəsinə daxil olmazdan əvvəl hava qüvvələri müdafiə sistemi tərəfindən vurularaq məhv edilib”.

Xatırladaq ki, İran ordusu 2011-ci ilin noyabrında ABŞ-a aid “RQ-170” tipli pilotsuz təyyarəni vurduqlarını açıqlamışdı. ABŞ isə həmin təyyarədən xəbərlərinin olmadığını qeyd etmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm