Liberman da sülhə qarşı çıxdı: "Güvəndə deyilik"
Bizi izləyin

Dünya

Liberman da sülhə qarşı çıxdı: "Güvəndə deyilik"

İsrail Xarici İşlər naziri Aviqdor Liberman Fələstinlə əldə edilən atəşkəsə qarşı olduğunu açıqlayıb.

Publika.az-ın məlumatına görə, Liberman Feysbuk səhifəsində HƏMAS-ın mövud olduğu müddətdə İsrail üçün təhlükənin qalacağını bildirib. Liberman sülhün təhlükədə olduğunu qeyd edib:

"HƏMAS Qəzzanın idarəsini nəzarətində saxladığı müddətcə İsrail vətəndaşlarının əmin-amanlıq içərisində yaşaması mümkün deyil. HƏMAS nə siyasi, nə də təhlükəsizlik razılaşmasının ortağı deyil. Qatilə güvənmək mümkün deyil".

Liberman atəşkəsin HƏMAS-ın daha da güclənməsinə, böyüməsinə imkan yaradacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm