Dünya
Əsir anası İŞİD-ə yazdı
İŞİD döyüşçüləri tərəfindən girov götürülmüş və edam olunmaqla
hədələnən 2-ci Amerikalı jurnalistinin anası video yazdıraraq,
oğlunu tutanlara müraciət edib.
ANS PRESS-in məlumatına görə, Mayamidə yaşayan Şirli Sotlof, "İslam
Dövləti" qruplaşmasının liderinə səslənərək, oğlunu azad
buraxmalarını xahiş edib.
Yaxın Şərqin bir sıra telekanallarında yayımlanan bu
videomüraciətdə, xanım Sotlof oğlunun Amerika hökümətinin Yaxın
Şərqdəki əməllərinə görə cavab verməli olmadığını bildirib.
Jurnalist anası, oğlunun iş başında olarkən zəiflərin və zülmə
məruz qalmışların qayğısına qaldığını qeyd edib.
Qeyd edək ki, İŞİD bir müddət əvvəl Amerikalı jurnalist Ceymz
Folini edam etdikdən sonra növbəti qurbanın 31 yaşlı Stiven Sotlof
olacağını xəbərdar etmişdi. Videomüraciətdə İŞİD cəlladı daha bir
edamın baş verməməsi üçün şəxsən Obamaya səslənərək, "İslam
dövləti" qruplaşmasına qarşı aviahücumlara son qoymağı tələb
etmişdi.
AĞ Evin ananın videomüraciətinə reaksiyası özünü çox gözlətməyib.
ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Coş Ernest Ağ Ev
rəhbərinin həmin videoya baxıb-baxmadığından xəbəri olmadığını desə
də administrasiyanın Yaxın Şərqdə girov olan bütün Amerika
vətəndaşlarının azad edilməsi istiqamətində əlindən gələni etdiyini
qeyd edib.
Ağ Evin mətbuat katibi bildirib ki, “Videomüraciətdən də görünür
ki, o, oğlunun təhlükəsizlik və sağlamlığı üçün çox narahatdır, bu,
başa düşüləndir. Ona görə də fikirlərimiz və dualarımız cənab
Sotlofun ailəsilədir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR