İngiltərədə İŞİD qorxusu
Bizi izləyin

Dünya

İngiltərədə İŞİD qorxusu

İngiltərə “İslam Dövlət” (İŞİD) terror qruplaşmasına üzv olan ingilislərin sayının artmasından və onların nə vaxtsa öz ölkələrində terror aktları törədə biləcəklərindən ehtiyat edir.

Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, London polis müstəntiqlərindən olan Hoqan Hou İngiltərənin terrorla mübarizə sahəsində gördüyü tədbirləri nəzərdən keçirməli olduğunu bildirib.

“Bizim əsl qorxu mənbəyimiz, İngiltərədən Suriyaya və İraqa döyüşməyə gedənlərin sayıdır. Ən az 500-600 nəfərin getdiyini düşünürük. Bəziləri geri qayıdıb. Gözümüz onların üstündədir. Bir terrorist şəbəkəsi içindədirlər. Bu, bizdə narahatlıq yaradır. Çünki onların 2/3-nin London ərazisində yaşadığını güman edirik. Bu isə böyük bir rəqəmdir.” – deyə polis komissarı narahatlığını dilə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ nümayəndələri də ölkələrindən İŞİD-ə üzv olma sayının artmasına görə narahatlıq hissi duyduqlarını bildirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm