Poroşenko Rusiyaya hərbi malların ixracını dayandırdı
Bizi izləyin

Dünya

Poroşenko Rusiyaya hərbi malların ixracını dayandırdı

Ukrayna nəhayətdə hərbi məqsədlərlə istifadə oluna biləcək hərbi və ikili təyinatlı malların Rusiyaya ixracına qadağa qoyub.

Axar.az Ukrayna mediasına istinadən bildirir ki, Prezident Poroşenko Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının müvafiq qərarını öz fərmanı ilə təsdiqləyib. Sənədin mətni rəsmi saytlarda yayımlanıb.

Üç bənddən ibarət olan sənəddə o da qeyd edilir ki, məhdudiyyət dinc məqsədli tədqiqatlarda istifadə olunan kosmik texnikaya şamil edilmir.

Xatırladaq ki, Ukrayna Müdafiə Sənayesi dövlət komitəsi martın sonlarında Rusiyaya silah satışının dayandırıldığını elan etmişdi. Konsernin rəhbəri vəzifəsini icra edən Yuri Tereşenko o zaman etiraf etmişdi ki, belə olan halda müdafiə sənayesinə ciddi ziyan dəyəsək. “Bəli, biz iqtisadi baxımdan itirəcəyik, ancaq rəqibin ordusunu silhlandırmaq nə dərəcədə ağıllı hərəkətdir?”

Ekspertlərin məlumatına görə, iki ölkənin hərbi əməkdaşlığının ən mühüm elementi Zaporojyedə Rusiya helikopterləri və nəqliyyat təyyarələri üçün istehsal olunan, eləcə də Nikolayevdə Rusiya hərbi gəmiləri üçün hazırlanan qaz-turbin mühərrikləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm