Dünya
İŞİD-dən musiqi və tarix dərslərinə qadağa
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının,
Suriyada nəzarəti təmin etdiyi bölgələrdə təhsil müəssisələrində
musiqi, tarix və din mədəniyyəti kimi bəzi dərslərə qadağa
qoyub.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayımlanan
“İŞİD”-ə bağlı "Təhsil İdarəsinin çıxardığı təlimatnamə”də “Əsəd
Suriyası”nın təhsil sitemində iştirak edən musiqi, tarix və din
mədəniyyəti dərslərinin əlverişsiz görüldüyü bəzi anlayışları
dəyişdirərək proqramdan çıxarılması lazım olduğu ifadə edilir.
Suriya himninin tədris edilməsi və oxunulmasının qadağan olduğu
ifadə edilən təlimatnamədə, “Suriya Ərəb Respublikası” sözünün
"Ed-Devletul İslamiyyə (İslam Dövləti)" olaraq dəyişdirildiyi
bildirilir.
Milliçilik və irqçilik anlayışının tərk edildiyi və aidiyyət yalnız
İslam dininə verildiyi ifadə edilən təlimatnamədə, riyaziyyat
sahəsində faizin qanuni göstərilməsinə yol açacaq nümunələrə icazə
verilməyəcəyi qeyd edilir.
Darvin nəzəriyyəsiylə əlaqədar olan və ya yaradılışı inkar edən hər
cür elmi məlumatın silinəcəyi bildirilən təlimatnamədə tədrisdən
çıxarılan fənlər bunlardır: "İncəsənət və musiqi təhsili, milli
təhsil, ictimai məlumatlar, tarix, gözəl sənətlər, bədən tərbiyəsi,
fəlsəfə, sosiologiya, psixologiya, din mədəniyyəti fənləri
tədrisdən çıxarılsın".
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq