Bill Klintonun qızı vəzifəsindən kənarlaşır
Bizi izləyin

Dünya

Bill Klintonun qızı vəzifəsindən kənarlaşır

ABŞ-nin keçmiş prezidenti Bill Klintonun qızı Çelsi Klinton "NBC" telekompaniyasında telemüxbir vəzifəsindən uzaqlaşır.

ANS PRESS-in məlumatına görə, işdən çıxmağa səbəb odur ki, o artıq vaxtının çoxunu gələn ilin payızında dünyaya gələcək körpəsinə həsr etmək istəyir.

Çelsi eləcə də diqqətini atasının yaratdığı “Clinton Foundation” təşkilatı ilə əməkdaşlığa yönəldəcək. Fond səhiyyə və iqtisadiyyata beynəlxalq müdaxilə üzərində çalışır.

Qeyd edək ki, Çelsi Klinton 2011-ci ildən "NBC"də çalışırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm