Dünya
Kişi ilə qadının çürümüş cəsədi avtomobildən tapıldı
Uçurumda aşkar edilən avtomobildən 2 nəfərin çürümüş meyiti tapılıb.
Publika.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yeri Erzin Mahalında Yarıkkaya ərazisindən təxminən 200 metr yüksəklikdə aşkarlanıb. Vətəndaşlar tərəfindən uçurumda aşkar edilən qəzalı avtomobilin içərisindən çürümüş halda biri qadın, digəri kişi olmaqla 2 nəfərin meyiti çıxıb. Dərhal polisə məlumat verilib. Meytilərin uçqunun altından çıxarılması 3 saata yaxın vaxt aparıb. Meyitlər müayinə üçün ekspertizaya göndərilib. Hadisə təxminən 5 ay əvvəl baş versə də, meyitlər bu müddət ərzində uçqunun altında qalsa da, üzərində xəsarət izləri aşkarlanmayib. Ekspertizanın rəyində yalnız tamamilə çürüdüyü əks olunub. Onların şəxsiyyəti də araşdırılıb. Belə ki, meyitlərin 57 yaşlı Nəcati Güldələr, 34 yaşlı Rəhimə Alagöz oluğu aydınlaşıb.
Meyitlər ailələrinə təhvil verilib. Hadisə ilə bağlı dərhal istintaq tədbirlərinə başlanılıb.
Acı xəbəri eşidən Rəhimə Alagözün qardaşı Bilal Alagöz bildirib ki, bacısı 5 ay əvvəl evə zəng edib. Deyib ki, yemək hazırlamayın, kənarda dostlarımla birlikdə yeyəcəm. Daha sonra qadının telefonuna zəng çatmayıb. Bacısının həyat yoldaşının 7 il əvvəl öldüyünü deyən Bilal Alagöz onun13 yaşlı qızı ilə birlikdə yaşadığını əlavə edib.
Eyni avtomobildə cəsədi aşkarlanan Nəcati Güldələrin isə əvvələr
rəhbər vəzifədə çalışdığı, Rəhimə Alagözlə şəxsi münasibətlərinin
olduğu məlum olub.
Simnarə
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR