Dünya
Rusiya və Kanada yenə toqquşdu - Foto
Ukrayna hadisələrinin başladığı ilk gündən Kanada ilə Rusiya arasında baş verən siyasi qalmaqallar sırasına daha biri əlavə olunub.
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasında növbəti gərginlik NATO müstəvisində baş verib.
Rusiyanın qurumdakı daimi nümayəndəliyi kanadalı həmkarlarının bir neçə gün öncə öz Tvitter səhifələrində Krım yarımadasının Ukraynaya məxsus olmasını əks etdirən xəritəni yerləşdirmələrinə eyni üslubda cavab veriblər.
Rusiyalı diplomatlar sosial şəbəkədə yerləşdirdikləri xəritənin altında saxladıqları şərhdə “İnanırıq ki, bu, kanadalı həmkarlarımızın yeni coğrafiya haqqında bilgilərini daha da artıracaq”, - kimi ifadələr işlədiblər.
Ruslar sözügedən xəritədə Abxaziya və Cənubi Ostetiyanı da Rusiyanın ərazisi kimi göstəriblər.
Xatırladaq ki, tərəflər arasında gərginliyə səbəb rusiyalı xüsusi təyinatlıların avqustun 26-da Ukrayna ərazisində görünmələridir. Moskva təkidlə hərbçilərinin təsadüf nəticəsində həmin məkana keçdiyini bəyan etmişdi. Məhz bu olay Kanada diplomatlarını Rusiyanın ərazisinin dəqiq haradan keçməsi barədə xəritəni açıqlamağa vadar edib.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan