Davudoğlu ilk rəsmi səfərini Azərbaycana edəcək
Bizi izləyin

Dünya

Davudoğlu ilk rəsmi səfərini Azərbaycana edəcək

Türkiyə baş naziri Davudoğlu ilk rəsmi səfərini Şimali Kiprə və Azərbaycana edəcək.

Publika.az xəbər verir ki, “Anadolu Agentliyi”nin baş nazirə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlunun bu həftəki proqramı bəlli olub.

Proqrama görə, baş nazir Davudoğlunun sədrliyi ilə sabah AKP-nin ilk idarə heyətinin toplantısı keçiriləcək. Sentyabrın 3-4-də isə baş nazir Ankarada olacaq. Sentyabrın 5-də Milli Məclisdə hökumətin proqramı ilə əlaqədar müzakirələrə qatılacaq.

Sentyabrın 6-da isə Konyaya getməsi gözlənilir.

Baş nazir Davudoğlunun ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) və Azərbaycana etməsi gözlənilir. Lakin səfərin tarixi barəsində heç bir dəqiq məlumat yoxdur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm