Rusiya Xəzərə döyüş gəmiləri gətirdi
Bizi izləyin

Dünya

Rusiya Xəzərə döyüş gəmiləri gətirdi

Rusiya Həştərxan bölgəsində hərbi təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, Aşuluk, Kapustin Yar poliqonları və Xəzər dənizində keçirilən təlimlərə zenit, hava hücumundan müdafiə kompleksləri və Rusiya Xəzər Donanmasına məxsus döyüş gəmiləri qatılıb.

Bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyi Cənubi Hərbi Dairəsinin mətbuat bürosunun rəsmiləri bildiriblər ki, manevr zamanı ani baş verən təyyarə və raket hücumlarına cavab vermək üçün sınaqlar keçiriləcək. Yeni S-400 və “Triumf” raketlərində istifadə ediləcəyi bildirilib.

Təlimlərdə həmçinin, Rusiyanın yeni “Pançir-C1”, “Buk-M1”, “Tor-M1” və “Tunqusk” raketlərinin də istifadə olunacağı qeyd olunub.

Cənub Hərbi Dairəsinin komandan müavini general Aleksandr Romançukun rəhbərliyi altında keçirilən təlimlər həftənin sonuna kimi davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm