“Lənətli qızı” itlə evləndirdilər
Bizi izləyin

Dünya

“Lənətli qızı” itlə evləndirdilər

Hindistanın Jharkhand əyalətində yaşayan 18 yaşlı qız itlə evləndirilib. Qızın ailəsi bu qəribə evlilik üçün adət-ənənələrə uyğun toy mərasimi təşkil edib.

İtlə evləndirilən Mangli Munda adlı qızın lənətli olduğu düşünülür. Onu bu lənətdən xilas etmək üçün belə bir toy mərasiminin təşkil edildiyi deyilir. Mundanın ailəsinin və qonşularının sözlərinə görə, qızın bədənində olan lənət onunla evlənəcək olan hər kəsi öldürəcək.

Bu lənətdən xilas olması üçün isə Munda itlə evləndirilib. Yeni gəlinin bu simvolik toydan sonra bədənindəki lənəti itə ötürəcək.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm