Amerikalı ekspert: “NATO kiçik ölkələri Rusiyadan qoruya bilməyəcək”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “NATO kiçik ölkələri Rusiyadan qoruya bilməyəcək”

“NATO-nun bəzi məmurları, ehtimal ki, Ukraynaya görə gizlicə sevinirlər. Çünki Berlin divarının sökülməsindən sonra NATO-nun mövcudluğu onlara əsassız görünürdü”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Foreign Policy” jurnalına müsahibəsində amerikalı politoloq Stiven Uolt deyib.

Onun sözlərinə görə, NATO-nun “soyuq müharibə”dən sonra mövcudluğunu davam etdirməsi müəyyən mənada anormal hal idi. Ekspert qeyd edir ki, bu cür ittifaqlar, adətən, əks-təsir məqsədi və ya hansısa konkret təhlükələrə qarşı yaranır, sonradan isə onlardan bir çoxu təhlükələrin aradan qalxması ilə dağılır.

“NATO-nun tərəfdarları Berlin divarının sökülməsindən sonra da ittifaqın mövcudğu üçün məntiqi əsaslar tapmağa çalışırlar. Ancaq onların cəhdləri əvvəlcədən ölü doğulmuş cəhdlərdir. İllik sammitlərə, ciddi bəyanatlara və təmtəraqlı ritorikaya baxmayaraq, ittifaqın imkanları və əhəmiyyəti ildən-ilə azalır. 1996-cı il Bosniya və 1999-cu ildə Bosniyada NATO-nun əməliyyatlarını qismən müvəffəqiyyətli hesab etmək olar”, - amerikalı ekspert bildirib.

Amma o, NATO-nun Əfqanıstan əməliyyatlarının uğursuz alındığını qeyd edir: “Ukraynada böhran yarananda NATO ölmüş quş kimi görünürdü. Ekspertlər hələ 1990-cı illərin əvvəllərində xəbərdarlıq edirdilər ki, ittifaqın genişlənildirilməsi fundamental strateji səhv olacaq. NATO-nun Rusiyadan üzünü çevirməsi onu daha güclü etmir. Genişlənmə əsasən zəif ölkələrə təhlükəsizlik zəmanətinin verilməsini nəzərdə tutur. Həmin ölkələri isə Rusiya Federasiyası tərəfindən güc tətbiqi halında qorumaq çox çətin olacaq”.

Uoltun fikrincə, Ukraynada böhranı ABŞ prezidenti Barak Obamanın işləmək bacarığı və NATO-nun qətiyyətinin yoxlanılmasıdır.

“Ancaq indiki vəziyyət NATO-nun fundamental strateji problemlərini tam ölçüdə həll edə bilmir. Hətta müasir Sovet İttifaqı olmasa belə”, - Uolt iddia edir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS xəbər agentliyinə müsahibəsində ölkəsinin NATO-nun mövcudluğu üçün əsas olduğunu bildirmişdi.

“NATO Ukraynasız da Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq üçün səbəb tapardı. NATO-nun qorxusu olan Varşava Paktı da artıq mövcud deyil. NATO bundan sonrakı mövcudluğu üçün əsas axtarır. Əfqanıstan nə vaxtsa bunun üçün hərbi alyansa kömək edirdi. İndi isə Rusiya var. Əvvəlcə Suriyada baş verənlərə görə bizi ittiham etdilər. Daha sonra Edvard Snouden məsələsi ortaya çıxdı. Bir qədər sonra isə Qış Olimpiadası ilə bağlı boykotlar səslənməyə başladı. Ümumiyyətlə, qərəzli əhvali-ruhiyyə Ukrayna hadisələri əvvəl də hiss olunurdu”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm