Mariupolda döyüş başladı
Bizi izləyin

Dünya

Mariupolda döyüş başladı

Donetsk vilayətinin Mariupol şəhərində döyüşlərin yenidən başladığı bildirilir. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı Mariupol şəhərinin sakinlərinə istinadən yazır.

Bildirilir ki, bu gün səhər saatlarından şəhərdə güclü partlayış və atəş səsləri eşidilir. Şəhərin Kiyevsk, Kirovsk, Kuybışevsk rayonlarında qızğın döyüşlərin getdiyi bildirilir.

Şəhər sakkinlərinin sözlərinə görə, sentyabrın 5 və 6-da şəhərdə sakitlik olsa da bu gün səhərdən etibarən döyüşlər başlayıb. Dinc sakinlər arasında yaralananların olduğu qeyd olunur.

Qeyd edək ki, sentyabrın 5-də Minskdə münaqişə tərəfləri arasında Ukraynanın şərqində atəşkəsin elan olunması ilə bağlı razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm