“Bu silahlar Ukraynaya qalib gəlməyə kömək edəcək”
Bizi izləyin

Dünya

“Bu silahlar Ukraynaya qalib gəlməyə kömək edəcək”

Ukrayna Şimali Atlantika İttifaqı (NATO) ölkələri ilə silahların birbaşa çatdırılması haqqında razılaşma əldə edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın birinci operativ briqadasının hərbçiləri ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu silahlar Ukraynaya müdafiə olunmağa və qalib gəlməyə kömək edəcək.

“Bizə həyati dərəcədə maliyyə və hərbi yardım lazımdır. Və biz onu alacağıq”, - prezident deyib.

P.Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu müdafiəni həm taktiki. həm də strateji planda dəyişdirəcək. O, bunun NATO ilə əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm