Yuşşenkodan sonra Poroşenko da buna nail olacaq
Bizi izləyin

Dünya

Yuşşenkodan sonra Poroşenko da buna nail olacaq

Ukrayna prezidenti Pyotr Poroşenkonu 18 sentyabrda keçiriləcək ABŞ Konqresinin birgə iclasında çıxış etməyə dəvət ediblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Amerikanın səsi” radiosunun jurnalisti Miroslav Qonqadze bildirib.

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Boneranın sözlərinə görə, Poroşenkoya Konqresdə çıxış etmək hüququnun verilməsi Ukrayna xalqına olan böyük diqqət və hörmətin ifadəsidir.

Ukrayna Pyotr Poroşenkonun prezidentliyi dövründə NATO ilə əməkdaşlığın ən yüksək səviyyəsinə nail ola bilib. O, Ukraynanın ikinci prezidenti olacaq ki, ABŞ Konqresində çıxış edəcək. Bundan əvvəl isə 6 aprel 2005-ci il tarixində Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko Konqresdə çıxış etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm