Separatçılar "milli valyuta" buraxmağa hazırlaşır
Bizi izləyin

Dünya

Separatçılar "milli valyuta" buraxmağa hazırlaşır

Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu milli valyutanın buraxılması üzrə işə başlayıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “Ali Soveti”nin “spikeri2 Boris Litvinov jurnalistlərə açıqlamasında bildirib.

İyunda isə “DXR” “baş nazir”in müavini Andrey Purqin Gömrük Şurasının multivalyuta zonasına keçidlə bağlı planlarının olduğunu deyib.

“Bu o deməkdir ki, keçid dövründə Donetsk respublikasında eyni zamanda iki valyuta - Ukrayna qrivnası və Rusiya rublu işlədiləcək. DXR-də son hesablamalar rubl vasitəsilə ediləcək. Ümid edirik ki, Rusiya valyutasına son keçid 2014-cü ilin sonuna kimi olacaq”, - A.Purqin vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm