Obamanın müraciəti (VİDEO)
Bizi izləyin

Dünya

Obamanın müraciəti (VİDEO)

ABŞ prezidenti Barak Obama Amerikanın Yaxın Şərqdə İŞİD qrupuna qarşı genişləndirilmiş hərbi planlarını açıqlayır.

Prezident Obama Amerika xalqına müraciətdə ekstremist qrupun ABŞ-ın milli təhlükəsizliyii üçün yaratdığı təhlükələrdən və bu hədələrə qarşı mübarizə strategiyasından bəhs edir. Çıxışdan sonra ABŞ-ın İraq və Suriyada yaraqlıların istinadgahlarına qarşı hava hücumlarını genişləndiricəyi gözlənilir.

Prezident Obama ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərilə görüş zamanı hərbi əməliyyatların genişləndirilməsi haqda Konqresin təsdiqi olmadan da sərəncam verə biləcəyini deyib, lakin Ağ Evdə Konqresin ən nüfuzlu dörd qanunvericisi ilə danışıqlar zamanı əlavə edib ki, yaraqlılara qarşı mübarizədə ölkənin bir olduğunu nümayiş etdirmək üçün səsvermənin keçirilməsini istəyərdi.

Ağ Ev rəsmisinin bildirdiyinə görə, prezidentin planında ABŞ-ın İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə dəstəyin artırılması nəzərdə tutulur. Buraya həm Suriya müxalifəti, həm də İraqın yeni hökumətinə dəstək daxildir.

Daha əvvəl prezidentin sözlərinə görə ABŞ-ın İraqdakı əməliyyatlarına quru qoşunu yeridilməyəcək. O əlavə edib ki, terrorla mübarizə aviasiyadan istifadə edilərək və müttəfiq qüvvələrə dəstək olmaqla aparılacaq.

Eləcə də Barak Obama bildirib ki, ABŞ “İD” terrorçu qruplaşmasına qarşı mübarizədə böyük koalisiyaya rəhbərlik edəcək.

ABŞ prezidenti Barak Obama artıq təcili hərbi kömək üçün İraq dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm