Ermənilər Avrasiya İqtisadi İttifaqına inanmırlar - Sorğu
Bizi izləyin

Dünya

Ermənilər Avrasiya İqtisadi İttifaqına inanmırlar - Sorğu

Ermənistanda Avrasiya İqtisadi İttifaqına inteqrasiya tərəfdarlarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Gallup International” beynəlxalq tədqiqat mərkəzinin keçirdiyi soğru rəsmi İrəvanı narahat edəcək nəticə ortaya çıxarıb.

Əgər 2013-cü ilin aprelində əhalinin 67 faizi Ermənistanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyasına tərəfdar idisə, hazırda bu göstərici 57 faizə qədər azalıb.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması oktyabrın 10-da gerçəkləşə bilər. Avqustun 26-sı Minskdə jurnalistlərə açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, oktyabrın 10-da Belarus paytaxtında Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək: “Həmin sammitdə Ermənistan və Qırğızıstanın quruma daxil olması məsələsinə baxılması gözlənir”.

Mayın 29-da Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Astana şəhərində Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalayıblar. Ermənistan prezidenti Serj Sərkisyan həmin gün Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edib. O, deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına iyunun 15-də qoşulmaq niyyətindədir. Sərkisyan Avrasiya İqtisadi İttifaqının təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu ittifaqa qoşulacağı gün kimi rəsmiləşdirməyi xahiş edib. Ancaq Ermənistanın bu niyyəti baş tutmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm