Poroşenko Moskvaya son sözünü dedi
Bizi izləyin

Dünya

Poroşenko Moskvaya son sözünü dedi

“Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmaya heç bir dəyişiklik edilməyəcək”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə Kiyevdə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı keçirən Poroşenko qeyd edib ki, 27 iyunda Brüsseldə imzaladığı razılaşmanın mətninə heç bir dəyişiklik olmayacaq. O, razılaşmanı 15 sentyabrda imzalayacağını və təsdiq olunması üçün Ali Radaya göndərəcəyini bildirib.

Xatırladaq ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm