Kliçko Rusiyaya görə dünyaya səsləndi
Bizi izləyin

Dünya

Kliçko Rusiyaya görə dünyaya səsləndi

Kiyev şəhərinin meri Vitali Kliçko dünya birliyi tərəfindən Rusyanın terrolçuluğu maliyyələşdirən dövlət kimi tanınması üçün bütün əsasların olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə UDAR partiyasının mətbuat xidməti xəbər yayıb.

Məlumata görə Kliçko bu fikri Berlinə Konrad Adenauer Fondunun dəvəti ilə səfər edərkən səsləndirib.

"Tanınmamış Donetsk və Luqansk Xalq Respublikaları Avropa Birliyinin tərtib etdiyi siyahıya beynalxalq terrorçu təşkilatlar qismində daxil edilməlidi", deyə Kliçko bildirib.

Bundan əlavə, Kiyev meri Almaniya hökümətini ölkəsinə Rusiya-Ukrayna sərhəddində “divarın” inşa edilməsinə yardım etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm