Ukraynada ölən rus hərbçilərinin sayı açıqlandı – Şok rəqəm
Bizi izləyin

Dünya

Ukraynada ölən rus hərbçilərinin sayı açıqlandı – Şok rəqəm

Rusiyalı hüquq müdafiəçisi Ukraynanın şərqindəki döyüşlərdə həlak olan Rusiya hərbçilərinin sayını açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “facebook” səhifəsində rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyev Ukraynada 3500-dən çox Rusiya hərbçisinin həlak olduğunu yazıb.

O həlak olan rusiyalılar haqqında məlumatların axtarışı ilə məşğul olduğunu bildirib. Hüquq müdafiəçisi yalnız Krasnokamensk yaxınlığında yerləşən kömür şaxtasına təxminən 600 cəsədin atıldığını qeyd edib.

Bu, rusiyalı hərbçilərin cəsədlərinin gizlədilməsi barədə ilk xəbər deyil. Rusiyanın kavkazcenter.com saytı bir neçə gün əvvəl xəbər vermişdi ki, Rusiya ölkə əhalisinin reaksiyasından çəkinərək Ukraynada rus əsgərlərinin "rusca” dəfnlərinə başlayıb. "Öldürülən rus hərbçilərinin cəsədləri kömür şaxtalarına atılır. Çeçenistan Respublikasında isə ruslar cəsədləri vertolyotlarla çətin keçilə bilən dərələrə tullayırlar”, - xəbər deyilir.

Məlumata görə, sentyabrın 5-də ruslar Luqansk vilayətinin Çervonopartizansk rayonunda yerləşən kömür şaxtalarından birinə Ukrayna ordusu ilə döyüşlərdə məhv edilmiş onlarla "döyüş yoldaşları”nın cəsədini atıb. Cəsədlərin iki ədəd "Kamaz” yük avtomobili ilə gətirildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm