Ukraynada rus filmləri qadağan olundu - Siyahı
Bizi izləyin

Dünya

Ukraynada rus filmləri qadağan olundu - Siyahı

Ukrayna hakimiyyəti ölkə ərazisində rus təbliğatının qarşısını almaq üçün növbəti addım atıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Kinomotoqrafiya üzrə Dövlət Agentliyinin qərarı ilə Rusiya istehsalı olan 9 film və teleserialın Ukraynada nümayişi qadağan edilib.

Həmin film və teleseriallar aşağıdakılardır:

1.”Saxta ordu. Polkovnik Pavlenkonun böyük kələyi”.

2. “İkinci ölümcül”.

3."Soyuq kruiz”.

4.”Samurayın şərəfi".

5. “Səni yenidən öpməyə icazə ver”.

6.”Polis müharibələri 7”.

7. “Ayrı tapşırıq”.

8. “Polis müharibələri 4”.

9."Sadəcə Cekson".

10. "Soyuq kruiz"

“Milli informasiya sahəsinin müdafiəsi Ukrayna dövləti üçün prioritetdir. Biz Ukrayna tamaşaçısına Rusiya təbliğatının təsirini məhdudlaşdırmalıq. Eyni zamanda Kinomotoqrafiya üzrə Dövlət Komitəsi milli maraqlara təhlükə törətməyən Rusiya filmlərinin Ukraynada nümayişini məhdudlaşdırmaq niyyətində deyil”, - Kinomotoqrafiya üzrə Dövlət Agentliyinin qərarında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm