Dünya
Rusiyada vaqonlar relsdən çıxdı: 700 nəfər təxliyyə olundu
Rusiyanın Kirov vilayətində maye qaz daşıyan vaqonların relsdən
çıxmasından və alışmasından sonra mütəxəssislər təxminən 700 nəfəri
təxliyyə ediblər.
Bu barədə regionun rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı
Nikita Belıx"Twitter"dəki mikrobloqunda məlumat
verib.
Trend-in məlumatına görə, xəbəri Rusiya
KİV-i yayıb.
Çərşənbə günü səhər Kirov vilayətindəki Qorki dəmir yolunda qaz
kondensatı daşıyan vaqonlar relsdən çıxıb, onlardan 12-si alışıb.
Yaxınlıqdakı binalardan 700-ə yaxın insanın təxliyyə edildiyi
bildirilir. Yanğın artıq söndürülüb.
N.Belıx deyib: "Cəmi 89 vaqondan 65-də qaz kondensatı olub.
Onlardan 32-si yoldan çıxaraq alışıb. Səkkiz çoxmənzilli və 20
fərdi yaşayış evindən 692 nəfər təxliyyə edilib. Ölən və xəsarət
alan yoxdur".
Regionun rəhbəri onu da bildirib ki, mütəxəssislər qəza yerində hər 15 dəqiqədən bir suyu və havanı analiz edirlər: "İndiyədək normadan kənara çıxma qeydə alınmayıb".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq