Ərdoğanın cangüdənləri ABŞ-da şok yaşadı – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanın cangüdənləri ABŞ-da şok yaşadı – VİDEO

“Buranı Türkiyə zənn elədiniz?”

Publika.az “odatv”yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan srağagün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısında iştirak etmək üçün Nyu Yorka gedib. Toplantıdan sonra qaldığı hotelə gedən prezident “Expose” adlı qrupun etirazına tuş gəlib.

Belə ki, Ərdoğanın cangüdənləri köynəklərinin üzərində “oğru var” yazılmış aksiyaçıları dağıtmağa cəhd ediblər.

Amma cangüdənlər ABŞ-da olduqlarını unudublar.

Ərdoğana etiraz edən qrupa cangüdənlər təzyiq göstərməyə başlayan kimi aksiyaçılar hadisə yerində olan polislərdən kömək istəyiblər.

Nəticədə aksiyaçılar hadisə yerinə gələn polislərin köməyi ilə cangüdənlərdən xilas olublar.

Məsələni anlamayan cangüdənlər polisin xəbərdarlığından sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Cangüdənlər geri çəkilən zaman aksiyaçılar “Oğruların başçısının adamlarına baxın. Buranı Türkiyə zənn elədiniz?” deyə qışqırıblar.

Polislər Ərdoğanın cangüdənini yaxalamaq istədi

Ərdoğanın qardaşı oğli Əli Ərdoğanın da aralarında olduğu cangüdənlərlə aksiyaçılar bir-birinə söz savaşına çıxıb və söyüş söyüblər. Cangüdənləri aksiyaçıların ətrafından uzaqlaşdırmaq istəyən Nyu York polisləri ilə cangüdənlər arasında qısamüddətli mübahisə yaranıb.

Ərdoğanın yaxın cangüdənlərindən birinin Nyu York polisi ilə əl-qolla danışması və baş verənləri videoçəkilişə alan bir amerikalının da qoluna vuraraq kameranı yerə salmasından sonra Nyu York polisi həmin cangüdəni yaxalamaq istəyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm