Dünya
Putin Yanukoviçə Rusiya vətəndaşlığı verib – Rəsmi
Vladimir Putin əsl xidmət üçün Yanukoviç, Pşonke və Azarova gizli şəkildə Rusiya vətəndaşlığı verib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, keçmiş prezident Viktor Yanukoviç, Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyev, keçmiş baş prokuror Viktor Pşonke, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş nazir Nikolay Azarov və keçmiş gəlir və mənfəət naziri Aleksandr Klimenko ilə bağlı cinayət işi fevralın 25-də qaldırılıb. Keçmiş prezidentə və digərlərinə qəsdən adam öldürmək ittihamı irəli sürülüb. Onlar 2013-cü ilin noyabrından 2014-cü ilin fevralın 20-dək Kiyevdəki Azadlıq meydanında keçirilən etiraz aksiyalarının dağıdılmasına cəhd zamanı güc tətbiqində ittiham olunurlar.
İki gün əvvəl isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko V.Yanukoviç, N.Azarov və A.Klimenkoya qarşı qaldırılan cinayət işlərində sübutedici bazanın toplandığını bildirib.
“Məsuliyyətlə deyirəm ki, adıçəkilən şəxslər barəsində sübutedici baza toplanılıb. Onların Ukraynaya qaytarılması və məhkəmə qarşısına çıxarılması üçün qanunvericiliyimizə uyğun olaraq birinci mərhələni keçdik”, - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri deyib.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq