Lukaşenko: "Qərb Rusiyanı müdafiə etsəydi"
Bizi izləyin

Dünya

Lukaşenko: "Qərb Rusiyanı müdafiə etsəydi"

"Rusiya Ukraynanın cənub-şərqi üçün vuruşmayacaq, amma bu o demək deyil ki, ordakı insanların taleyinə biganə qalacaq".

Axar.az xəbər verir ki, bu barədə Belorus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko Rusiyanın işğaldan yana olmadığını bildirib:

"Mən tamamilə əminəm ki, əgər Qərb və Ukrayna hakimiyyəti özünü normal və düzgün aparacaqsa, Rusiya heç vaxt bu region üçün vuruşmayacaq. Amma Rusiya heç vaxt onunla razılaşmayacaq ki, orada onun həmyerlilərini sıxışdırsınlar".

Belorus lideri həmçinin Krımın ilhaqına da toxunub:

"Ukrayna hakimiyyəti Rusiyaya səbəb verdi ki, Krım ələ keçirilsin, Donetsk və Luqanska ordu yeridilsin. Qərb öncədən rusiyalıların müdafiəsinə qalxsaydı bu vəziyyət yaranmazdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm