Dünya
“AKP PKK-nın oyununa getməsin” - Türk diplomatdan ÇAĞIRIŞ
“AKP bəzən öz mənafeləri naminə PKK ilə də razılığa gələ bilir. Ona görə də biz istəyirik ki, Türkiyə ordusu PKK-ya görə İŞİD-lə mübarizəyə qoşulmasın. Bu, PKK-nın və onun havadarlarının bir oyunudur. Bu, Türkiyə üçün təxribatdır”.
Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sabiq sədr müavini, Xarici İşlər Nazirliyinin (XİN) icra aparatının keçmiş rəhbəri Onur Öymən bildirib.
Onun sözlərinə görə, PKK (Kürdüstan Fəhlə Partiyası - red) və onun havadarları Türkiyəni təxribata çəkmək istəyir.
O.Öymən deyib:
“Bölgədə Türkiyənin “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə müharibəyə qoşulmasını istəyən qüvvələr var. Onlar istəyir ki, Türkiyə ordusu İŞİD-lə mübarizəyə qoşulsun və döyüşmək üçün hərbiçilər göndərsin. Ancaq bunlar olacaq iş deyil. Bunu edənlər də əsasən türkiyədə mövcud olan PKK üzvləri və onların havadarlarıdır. PKK çalışır və istəyir ki, Türkiyə hərbiçiləri İŞİD qüvvələri ilə müharibə etsin. Bu isə Türkiyəyə qarşı təxribat planıdır.
AKP hökuməti bu oyunlara getməməlidir. Əgər Türkiyə hökuməti bu oyuna aldanarsa, o zaman bu, Türkiyə əhalisinə fəlakət gətirər.
CHP Türkiyə ordusunun PKK-ya görə İŞİD-ə qarşı hərbçi göndərməsini əsla istəmir. Bu, doğru siyasət olmaz”.
Vasif Həsənli
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq