“Novorossiya” hərəkatının liderinə sui-qəsd edildi
Bizi izləyin

Dünya

“Novorossiya” hərəkatının liderinə sui-qəsd edildi

“Novorossiya” hərəkatının lideri, Donetsk vilayətinin keçmiş qubernatoru Pavel Qubaryov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, P.Qubaryovun mətbuat katibi Anastasiya Tsıplakov hərəkat liderinin olduğu avtomobilin “Donetsk Xalq Respublikası” ərazisində naməlum şəxslər tərəfindən atəşə tutulduğunu bildirib.

Keçmiş qubernatorun həyat yoldaşı Yekaterina Qubaryova da sui-qəsd faktını təsdiqləyib. Onun sözlərinə görə, P.Qubaryov hazırda Rostov-Don klinikalarından birinə çatdırılıb. Keçmiş qubernatorun şüursuz vəziyyətdə olduğu bildirilir.

Eyni zamanda, Y.Qubaryov bildirib ki, “Novorossiya” liderində güllə yarası yoxdur. O, P.Qubaryovun avtomobilin aşmasından ağır travma aldığını deyib.

P.Qubaryovla birlikdə avtomobildə olanların zərər çəkmədiyi xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm