Snouden Nobel mükafatına namizəd oldu
Bizi izləyin

Dünya

Snouden Nobel mükafatına namizəd oldu

Amerika Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərini mətbuata sızdıraraq diplomatik qalmaqal yaradan və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olan Edvard

Amerika Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərini mətbuata sızdıraraq diplomatik qalmaqal yaradan və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olan Edvard Snouden bu dəfə də Braziliya tərəfindən Nobel Sülh mükafatına namizəd göstərilib.

Sabiq kəşfiyyatçının namizədliyini irəli sürən Amazonas ştatının senatoru Qrazziotinin sözlərinə görə, Snouden demokratiyanın təməl prinsipi olan şəffaflıq məsələsini gündəmə gətirib. Senator hesab edir ki, hazırda Rusiyadan müvəqqəti sığınacaq alan kəşfiyyatçı bir növ dünyanın gözünü açıb, onlara həqiqətləri söyləməklə əslində qlobal sülh və balansın yaradılmasına nail olub.

Bir neçə gün öncə “Zeitung” qəzeti İraq müharibəsi illərində sabiq kansler Şröderin telefon danışıqlarının dinlənilməsi haqqında yeni “Snouden sənədləri”ni yayımlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm