• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Davudoğlu: “300 PYD-çiyə dedik, gedin döyüşün”

  • Dünya
  • 16 Oktyabr 2014 13:34
  • 1 224 Baxış
Davudoğlu: “300 PYD-çiyə dedik, gedin döyüşün”

Baş nazir Əhməd Davudoğlu HDP lideri Səlahəddin Dəmirdaşın sözlərinə sərt cavab verib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu kürd partiyası olan HDP-nin (Xalqların Demokratik Partiyası) lideri Səlahəddin Dəmirdaşın “imkan verin, tüpürcəyimizlə boğaq” sözlərinə sərt reaksiya verib: “300 PYD-çiyə gedin dedik, getmədilər. Məcbur göndərək?”

Sərhəddən iki milyondan yaxın insan keçdi

Davudoğlu Daxili İşlər Nazirliyindəki toplantıdan sonra sualları cavablandırıb:

- YPG qüvvələri Türkiyədən Kobaniyə girmək istəyir. Dünən Fransa prezidenti də çağırış etdi. O sərhəd məntəqəsi hələ də bağlıdırmı? Səlahəddin Dəmirdaş “imkan verin, tüpürcəyimizlə boğaq” sözlərini işlədib. Bu barədə nə düşünürsünüz?

- İctimaiyyətin fikrini yayındırmağa son verək. Fransa ilə bir çox oxşar yanaşmalarımız var. Parisdə oturub danışmaq asandır. Amma görəsən, bu məsələdə nə dərəcədə məlumatlıdırlar. “Türkiyə sərhədləri açsın” deyirlər. Məgər Türkiyə sərhədləri bağlıdırmı? Sərhədi iki milyona yaxın insan keçib. Humanitar yardımların üzünə qapıları bağlamadıq. Suriyadakı toqquşmada iştirak etmək istəyənlər ya xaricilərdir ki, xaricilər bunu heç vaxt istəməyib, ya da Türkiyə Respublikasının vətəndaşlarıdır ki, biz heç vaxtı buna razı olmarıq. İlleqal yollarla getmək istəyənləri dayandırmağa çalışırıq.

... 300-ə yaxın PYD-çi silahlarını təhvil verərək Türkiyəyə gəldi. Suriyalıların Suriyaya getmələri üçün sərhədlər açıqdır, amma, getmək istəmədilər. Çox az qismi “biz gedib döyüşərik” dedi. Qalanları “xeyr, biz döyüşmək istəmirik” dedilər. Neyləyək? Zorla döyüşə göndərək? Suriyadan gələnlər döyüşmək üçün getmək istəsələr, gəldikləri kimi gedə bilərlər. Gələndə bizdən soruşmadılar, gedəndə də biz soruşmarıq ki, “niyə gedirsiniz”. Onlar Suriya vətəndaşlarıdır”.

“Kobanidəki toqquşmalarda Türkiyə məsuliyyət daşımır”

...Günlərdir Suriyadan gələnlər üçün “göndərin gedib oranı qorusunlar” deyirlər. “Gedin” dedik, kiçik bir qrup istisna olmaqla getmədilər. Türkiyə Kobanidəki toqquşmalarda məsuliyyət daşımır. Amma Türkiyəni problemin bir hissəsi olaraq göstərmək istəyənlər, istəyir daxildən olsun, istəyirsə də xaricdə, başqa gündəm yaratmaq istəyiblər. Fransadan Kobaniyə döyüşmək üçün gələnlərə sərhədi açıq saxlayaq? Xarici döyüşçüləri necə yoxlayacağıq?”

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR