
Ukraynanın Donbas hövzəsində münaqişə nəticəsində ölənlərin sayı 3,7 mini keçib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bəyanat yayıb.
“15 oktyabr tarixinə olan məlumata görə, 3707 insan həlak olub, 9075-ı yaralanıb”, - deyə bəyanatda bildirilir.
Həmçinin qeyd olunur ki, qurum yalnız rəsmi rəqəmlərə istinad edib. Ölən və yaralananların real sayının daha çox olduğu təxmin edilir. Oktyabrın 17-nə olan məlumata görə, Ukraynada 415 min nəfər ölkə daxilində yaşadığı ünvandan köşməyə məcbur olub.
Ömər Dağlı