Ukraynada Ebola hazırlığı
Bizi izləyin

Dünya

Ukraynada Ebola hazırlığı

Ukrayna Səhiyyə Nazirliyi tibb işçilərini Ebola virusundan qorumaq məqsədilə onlar üçün xüsusi geyim və xüsusi qorunma vasitələri almağın mümkünlüyünü nəzərdən keçirir.

Publika.az-ın məlumatına görə bu barədəd səhiyyə naziri vəzifəsini icra edən Vasili Lazorişinets məlumat verib.

O deyib ki, istənilən yolxucu xəstəiklə mübarizədəd ilk növbədə tibb işçiləri risk qrupuna daxil olur. "Ona görə biz Ebola virusuna yoluxmaqda şübhəli bilinən adamlarla işləyəcək tibb işçilərinin qorunması üçün xüsusi geyim alınmasını nəzərdən keçirməliyik", - Lazorişinetis deyib.

O, virusun Ukraynaya keçməsinin qarşısını almaq və vəziyyətə nəzarət etmək məqsədilə Milli Tibb Elmləri Akademiyasının mütəxəssislərini, Dövlət Sərhəd, Miqrasiya Xidmətinin, Təhsil Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələrini cəlb etməklə idarələrarası işçi qrupunun yaradılması haqqında tapşırıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm