Britaniya Yanukoviçin 70 milyard dollarını qaytaracaq
Bizi izləyin

Dünya

Britaniya Yanukoviçin 70 milyard dollarını qaytaracaq

Böyük Britaniya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin pulunun qaytarılması üçün Ukraynaya kömək etməyə söz verir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş prokurorluğunun başçısı Vitali Yarema ilə görüşdə Britaniya səfiri Saymon Smit bildirib.

Səfir qeyd edib ki, Britaniya mütəxəssisləri Ukraynanın keçmiş məmurlarının aktivlərinin axtarış və ölkəsinə qaytarılması üzrə köməyi göstərməyə hazırdır.

Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakovun aprel ayında Londona rəsmi səfərinin də məhz Yanukoviçin Britaniyadakı aktivlərinin qaytarılması ilə bağlı olduğu deyilirdi. A.Avakov jurnalistlər qarşısında çıxış edən zaman Yanukoviçin İngiltərədə 70 milyard dollarının olduğunu bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm