Əhməd Davudoğlu: “İsbat edin, istefa verərəm”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu: “İsbat edin, istefa verərəm”

Türkiyə baş naziri Əhməd Davudoğlunun “Aqil İnsanlar” heyəti ilə Dolmabahçedə görüşünün pərdəarxası nüansları bu gün ortaya çıxıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir “Aqil İnsanlar”ın "kürdlərə qarşı nifrət dili” xəbərdarlıqlarına qısa cavab verib.

“Kürdlərə qarşı nifrət dilindən istifadə etdiyimi isbat edin, mən burada istefa verərəm. Əgər bizlərdən biri istifadə edibsə, onu vəzifəsindən uzaqlaşdırarıq”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, “Aqil İnsanlar” qrupu “kürd məsələsi”nin həllində hökumətə yardım etmək üçün yaradılan qrupdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm