Yaponiyanın yeni ticarət nazirindən “seks xərcləri” etirafı
Bizi izləyin

Dünya

Yaponiyanın yeni ticarət nazirindən “seks xərcləri” etirafı

Yaponiyanın yeni ticarət naziri Yoiçi Miyazavadan çok bir etiraf gəlib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o, işçisinin bir seks klubunda xərclədiyi pulun dövlətin hesabına yazıldığını, özünün isə sözügedən bara getmədiyini söyləyib.

Y.Miyazavadan əvvəlki ticarət naziri Yuko Obuç isə bir maliyyə skandalına görə vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Yapon banklarının fondlarını idarə edən şəxs seks klubunda 2010-cu ilin sentyabr ayında 170 dollar xərcləmiş və xərclədiyi pulu dövlətin hesabına yazmışdı.

Miyazava “əyləncə xərcləri” olaraq göstərilən xərclərin öz ofisindən olan bir şəxsin səhvən dövlətin hesabına yazdığını bildirib. Ötən həftə ticarət naziri təyin olan Miyazava xarici işlər nazirinin əmisi oğlu və keçmiş baş nazirin qardaşı oğludur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm