Dünya
Rusiya agenturası Ukraynada seçkiləri saxtalaşdırıb? – Şok iddia
Maydan hərəkatının əsas simalarından olan Oleq Tyabnikovun millətçi “Azadlıq” Partiyası sabah Ukrayna Mərkəzi Seşki Komissiyasının qarşısında “Öz səsini qoru!” adlı etiraz aksiyası keçirəcək.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, partiya Ali Radaya keçirilən seçkilərdə əldə etdikləri nəticənin Rusiya agenturası tərəfindən saxtalaşdırıldığını iddia edir.
Partiyanın rəsmi saytında əminlik ifadə olunub ki, saxtalaşdırmalar Rusiyanın göstərişi üzrə həyata keçirilib. “Azadlıq”ın nümayəndələri öz versiyasının sübutu kimi Rusiya xarici işlər naziri Sergey Lavrovun “LifeNews” xəbər kanalına müsahibəsini göstərir. Millətçilər hesab edirlər ki, Rusiya Ukrayna Ali Radasına keçirilən seçkiləri məhz “Azadlıq” Partiyasının seçki baryerini keçə bilmədiyi üçün tanıyıb.
Qeyd edək ki, 26 oktyabrda keçirilən seçkilərin nəticəsinə görə, Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası, “Pyotr Poroşenkonun Bloku”, Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası, "Müxalifət bloku", Oleq Lyaşkonun “Radikal” Partiyası və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası Ali Radaya keçmək üçün tələb olunan 5 faizlik baryeri keçə bilib.
“Azadlıq" Partiyası isə bunu edə bilməyib.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq