Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır
Bizi izləyin

Dünya

Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır

Rusiya qoşunlarının Ukrayna ilə sərhədə yerdəyişməsi NATO tərəfindən aşkarlanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsi Federika Moqerini ilə keçirdiyi görüşdən sonra mətbuat konfransı keçirən Y.Stoltenberq “biz görürük ki, Rusiya qoşunları Ukrayna ilə sərhədə yaxınlaşır" deyib.

Bundan başqa, o, qeyd edib ki, Rusiya indiyə qədər separatçılara hərbi təlim keçir və onlara hərbi təchizat çatdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm