Dünya
İŞİD-ə ağır zərbə: Xəlifə yaralandı
ABŞ-ın döyüş təyyarələri bu gün İraqın Əl Kərim
şəhərində “İŞİD” terror qruplaşmasının liderlərinin toplantı
keçirdiyi binaya raket zərbələri endirib.
Nəticədə qruplaşmanın lideri Əl Bağdadi yaralanıb. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli AIN informasiya agentliyi məlumat yayıb.
“Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirib... Mənbələrimizin məlumatına görə, Əl Bağdadi yaralanıb və o, təcili Suriyaya yola salınıb”, deyə İraq xüsusi xidmət orqanlarının nümayəndəsi agentliyə bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində “İŞİD”-in bir neçə səhra komandiri ölüb. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş edib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı