ABŞ Estoniyanı Rusiyaya qarşı müharibəyə hazırlayır
Bizi izləyin

Dünya

ABŞ Estoniyanı Rusiyaya qarşı müharibəyə hazırlayır

Estoniya ABŞ-dan tank əleyhinə raket sistemləri olan “Javelin”i almağa hazırlaşır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Estoniya müdafiə naziri Sven Miksen dövlət müdafiəsinin inkişaf proqramı çərçivəsində tank əleyhinə raket sistemlərinin alınması barədə müqavilə imzalayacaq.

ABŞ Xarici İşlər Nazirliyi oktyabrda “Javelin” tank əleyhinə raket sistemlərinin Estoniyanın satışını bəyənib. Sazişin həcmi 55 milyon dollar təşkil edir.

Məlumata görə, Estoniya 350 “Javelin” tank əleyhinə raket sistemini, həmçinin işəsalınma sistemləri, tədris raketləri, ehtiyat hissələri və sistemin istifadəsi üçün lazım olan digər komponentləri almaq niyyətindədir.

“Javelin” sistemləri 1990-cı illərin ortalarından ABŞ, Litva, Gürcüstan, Çexiya, İrlandiya, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Tayvan, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, BƏƏ, Qətər, Bəhreyn və Fransa ordusunun silahlanmasına daxil edilib.

Qeyd edək ki, Ukrayna hadisələri fonunda Baltikyanı ölkələrdə, o cümlədən Estoniyada hərbi büdcənin artırılması istiqamətində çağırışlar edilir. Ukraynadan sonra Rusiyanın növbəti hədəflərindən birinin Baltikyanı ölkələrin olacağı barədə narahatlıq ifadə olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm