Körfəz ölkələri Ərdoğanı devirmək istədilər – Ankaradan şok iddia
Bizi izləyin

Dünya

Körfəz ölkələri Ərdoğanı devirmək istədilər – Ankaradan şok iddia

Türkiyədə baş verən “17 dekabr” və Gəzi Parkı hadisələrini Körfəz ölkələri dəstəkləyib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, belə bir iddia ilə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr köməkçisi Yasin Aktay çıxış edib.

O, AKP-nin Brüssel nümayəndəliyində təşkil olunan “Yeni Orta Şərq və Türkiyə Siyasəti" konfransda çıxışı zaman 17 dekabr çevriliş cəhdinin Körfəz ölkələri ilə bağlantısı barədə bəzi dəlillərin olduğunu bildirib.

“Körfəz ölkələri Türkiyədəki Gəzi Parkı hadisələrinə də dəstək verdi. Bunlar son dərəcə peşəkar etirazçılar idi. Onların peşəsi, işi etiraz etmək idi. Sponsorları tərəfindən diqqətlə hazırlanmış bir layihə Türkiyədə tətbiq olundu”, - deyə AKP-nin sədr köməkçisi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm