Dünya
Etiraz aksiyaları bütün Amerikanı bürüdü
ABŞ polisi Ferquson şəhərində genişmiqyaslı etiraz aksiyasının iştirakçılarına qarşı zor tətbiq edib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qaradərili yeniyetmə Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarına etiraz edənlərin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə olunub.
Son məlumatlara görə, polisin şəhər departamentinin binası qarşısında toplaşan bir neçə yüz insanı oradan uzaqlaşdırmaq istəməsi hadisələri daha da gərginləşdirib. Bundan sonra etirazçılar meriyanın qarşısındakı patrul avtomobilini yandıraraq polisə daş və butulkalar atmağa başlayıblar.
Etiraz aksiyaları ABŞ-ın başqa şəhərlərində də keçilirib. Ferqyuson sakinlərinə dəstək olaraq Nyu-Yorkda 3 min insan küçəyə çıxıb. Nyu-Yorkdakı aksiya da toqquşmasız keçməyib. Aksiyalar həmçinin Vaşinqtonda və Los-Ancelesdə də keçirilib. Los-Ancelesdə etirazçılar Ceferson bulvarı ərazisində polis maşınlarını mühasirəyə alaraq 110 sürət şosesini bağlayıblar. Polis üç nəfəri saxlayıb.
ABŞ mətbuatının yazdığına görə, dünən Ferqyuson şəhərinə ABŞ Milli Qvardiyasının əlavə gücləri yeridilib. ABŞ prezidenti Barak Obama bildirib ki, zorakılıqlara heç bir bəraət verilməyəcək və cinayətkarlar cəzalandırılacaq.
Ömər Dağlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq