Cövhər Dudayevin oğlu cərimələndi
Bizi izləyin

Dünya

Cövhər Dudayevin oğlu cərimələndi

Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin oğlu Kaunas Rayon Məhkəməsinin çıxardığı qərarla cərimələnib.

Publika.az İnterfax.ru-ya istinadən xəbər verir ki, məhkəmə qərarı ilə Deqi Dudayev zəruri sənədləri saxtalaşdırdığına görə 940 avro məbləğində cərimə olunub.

Bildirilir ki, Deqi Dudayev və daha 3 nəfər, naməlum şəxslərdən həqiqi Litva pasportu satın alıb. Daha sonra onlar Dudayevin tapşırığına əsasən əsl pasportları saxtalaşdırıblar.

Məhkəmə bu qənaətə gəlib ki, sabiq prezidentin oğlu saxta sənədlər üçün zəruri fotoşəkillərin əldə olunması və yüklənməsini təşkil edib. Digər şübhəli şəxslər isə Deqi Dudayevin sifarişi ilə saxta sənəd düzəldiblər.

Məsələ ilə bağlı açıqlama verən Dudayev qeyd edib ki, o, özlərini Şimali Qafqazda rahat və təhlükəsiz hiss etməyən ailəsinə Avropaya keçmək üçün yardım etmək istəyib. Hüquq-mühafizə orqanları iddia edirlər ki, Dudayevin üzərində narkotik maddə tapılıb. Lakin bu cinayət əməlinə görə təqib vaxtı artıq çoxdan bitib.

Qeyd edək ki, Cövhər Dudayevin oğlu ilə bağlı Kaunas Rayon Məhkəməsinin çıxardığı qərardan apelliyasiya şikayəti verilə bilər. Deqi Dudayev bir ay müddətinə ona kəsilmiş cəzanı ödəməlidir.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm