Müəllimlər hökumət sarayını ələ keçirdi
Bizi izləyin

Dünya

Müəllimlər hökumət sarayını ələ keçirdi

Meksikanın Gerreroda ştatında 300 müəllim sentyabr ayının axırında İquala əyalətində 43 tələbənin oğurlanmasına etiraz olaraq hökumət sarayını ələ keçirib.

Publika.az-ın məlumatına görə, həmkarlar ittifaqının təşkil etdiyi aksiyanın iştirakçıları Çillansinqo şəhərində yerləşən sarayın qapısını qıraraq binaya daxil olublar. Onlar simvolik olaraq sarayın qapılarını zəncirlə bağlayıb, tələbələr tapılana qədər müəssisənin fəaliyyətinin dayandırıldığını elan ediblər. Daha sonra binanı tərk edən nümayişçilər sarayın işinin bərpa olunacağı təqdirdə qayıdaraq onu yandıracaqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 26-da İquala əyalətində polis və cinayətkar qrup üzvləri dinc aksiya keçirən tələbələri atəşə tutmuşdu. Nəticədə 6 nəfər həlak olmuş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm